“Sumqayıt” təsdiqlədi: “Bəli, xarici ölkəyə gedəcək”

5 Aprel 2022 16:40 Sumqayıt 1 383
“Sumqayıt” təsdiqlədi: “Bəli, xarici ölkəyə gedəcək”

“Sumqayıt”ın ciddi itki ilə üzləşdiyini xəbər vermişdik.

Hücum xətində Əli Qurbani ilə Xəzər Mahmudovun qol vurmaq bacarığına ümid edən “kimyaçılar” onlardan birini itirib.

Belə ki, Premyer Liqanın 20-ci turunda baş tutan “Keşlə” ilə oyunun sonlarında zədələnən Mahmudovun uzun müddət yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Çarpaz bağları qopan forvard təcili əməliyyat masasına uzanmalıdır ki, bu, Xəzərin 3-6 ay aralığında futboldan uzaq qalacağı deməkdir.

Əməliyyatın Türkiyədə gerçəkləşəcəyi deyilir. Məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıqda, həmkarımızın açıqlaması belə oldu:

“Təəssüflər olsun ki, vəziyyət bildiyiniz kimidir. Bununla bağlı aldığımız xəbər hamımızı məyus etdi. İnsani keyfiyyətləri öz yerində, meydanda can qoyur,

komandanın uğuru üçün çalışırdı. Çarpaz bağları qopub. Bunun nə demək olduğunu isə hamı bilir.

Bəli, əməliyyat olunacaq. Ancaq bunun hansı ölkədə baş tutacağını deyə bilməyəcəyəm. Ölkə xaricinə gedəcək, Türkiyəyə, yoxsa başqa ölkəyə - bu suala yaxın günlərdə aydınlıq gələcək”.

Sumqayıt təmsilçisinin ötən yay heyətinə qatdığı Xəzər Mahmudov iyuldan bu yana “Sumqayıt”ın heyətində bütün yarışlarda 16 oyunda meydanda olsa da, qol sevinci yaşamayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti