Martın 18-də Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sumqayıt” görüşündə oyunu başa çatdıra bilməyən futbolçunun durumuna aydınlıq gəlib.
Mübarizəyə ikinci hissədə Əli Qurbaninin əvəzinə qoşulan Xəzər Mahmudov hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə xəsarət alaraq yerini Dmitri Nağıyevə buraxmışdı.
“Sumqayıt” hücumçusu ilə bağlı şok xəbər alıb. MRT müayinəsindən sonra Xəzərin çarpaz bağlarının qırıldığı aşkarlanıb.
Bu isə o deməkdir ki, cari mövsüm onun üçün başa çatıb.
Bu cür zədələrinin müalicələrin 3-6 ay davam etdiyini nəzərə alsaq, Mahmudov ən yaxşı halda növbəti mövsümə hazırlaşa biləcək.
Mənbənin verdiyi məlumata görə, “kimayçılar” Mahmudovu əməliyyat olunması üçün Türkiyəyə yola salmağı planlaşdırır.
Sumqayıt təmsilçisinin ötən yay heyətinə qatdığı Xəzər Mahmudov iyuldan bu yana “Sumqayıt”ın heyətində bütün yarışlarda 16 oyunda meydanda olsa da, qol sevinci yaşamayıb.
HƏBİB / SPORTİNFO.AZ

