"Sumqayıt" bu transferi Ukraynadan etdi – TANIŞ SİMA

2 Aprel 2022 16:40 Sumqayıt 719
"Sumqayıt" bu transferi Ukraynadan etdi – TANIŞ SİMA

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" Andrey Popoviçi heyətinə qatıb.

Son olaraq, Ukraynanın "LNZ" (Çerkası) klubunda çıxış etmiş, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın şərəfini qorumuş qapıçı ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Popoviç "Sumqayıt"ın heyətində "23" nömrəli formada çıxış edəcək.

2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş kiper "Bakı", "Abşeron" və "Qəbələ"nin də şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti