“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa klub rəhbərliyinə yeni təklif verib.
Belaruslu çalışdırıcı futbolçuların cərimələnməsi təşəbbüsü ilə çıxış edib.
Ötən ilin sonunda görəvə gələn mütəxəssis uğursuzluq zolağından çıxmağın yolunu bunda görür.
Komanda turnir cədvəlində 8-ci, yəni, son pilləyə düşərsə, oyunçuların əməkhaqqısından 20 faiz cərimə tutulsin – Baqanın təklifinin məğzi bundan ibarətdir.
Premyer Liqada 19 oyun keçirən “Sumqayıt” hazırda 7-ci sırada məskunlaşıb. 14 xala malik “kimyaçılar” yalnız “Səbail”i 3 xal qabaqlayır.
SPORTİNFO.AZ

