"Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov Sportinfo.az-a açıqlama verib.
25 yaşlı yarımmüdafiəçi milli komandaya görə yaranmış fasiləni komandası üçün uğurlu hesab edib: "Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə çox yaxşı həftəlik məşq proqramı keçdiyimizi düşünürəm. Sevindirici məqam ondan ibarətdir ki, heyətimizdə zədəli və cəzalı futbolçu yoxdur. Hazırda baş məşqçimizin təyin etdiyi proqram əsasında bütün komanda olaraq növbəti Premyer Liqa oyununa hazırlaşırıq".
Təcrübəli oyunçu fasilədən sonra qarşılaşacaqları "Sabah"la matç haqqında da düşüncələrini bölüşüb:
"Qaldı ki, “Sabah”la qarşılaşmaya, rəqibin heyətində çox yaxşı əcnəbi və yerli futbolçular yer alıb. Olduqca baxımlı futbol nümayiş etdirirlər. Amma buna baxmayaraq, var gücümüzlə hazırlaşırıq. Bu oyunda qələbə qazanıb uğursuzluq zolağından çıxmaq azarkeşlərimizi sevindirmək istəyirik".
XANOĞLAN

