"Sumqayıt" bu ölkələrdən olan legionerlərlə danışıqlar aparır

24 Mart 2022 14:00 Sumqayıt 1 154
"Sumqayıt" bu ölkələrdən olan legionerlərlə danışıqlar aparır

«Sumqayıt» 3 ölkədə çıxış edən futbolçularla danışıqlara başlayıb.

«Kimyaçılar»ın maraq dairəsində olanlar Rusiya, Belarus və Ukrayna çempionatında qüvvəsini sınayır.

Söhbət Azərbaycan kökənli oyunçulardan getmir. «Gənclik şəhəri» təmsilçisinin növbəti mövsümdən etibarən legionerləri sıralarına qatması gözlənilir.

«Sumqayıt» bu barədə mesajı AFFA-dan alıb. 2010-cu ildə yaradılan klub indiyədək əcnəbi statusu daşımayan futbolçuların xidmətindən istifadə edib.

Bu müddətdə milliləşdirilən legionerlərin xidmətindən yararlanmış «kimyaçılar»ın daha belə addıma böyük ehtiyacı qalmayacaq.

Premyer Liqada iştirakçı sayını 10-a çatdırmağı planlaşdıran AFFA «Sumqayıt»ın üzərindəki «veto»nu götürməyə razılaşıb.

Bundan yararlanmaq istəyən klub rəhbərliyi indidən qollarını çırmalayıb və transfer çalışmalarını sürətləndirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti