“Sumqayıt”da klubdaxili toplantı keçirilib.
Rəhbərlik baş məşqçi Aleksey Baqa ilə görüşərək, komandanın vəziyyətini geniş mzakirə edib.
Belaruslu çalışdırıcu uğursuz gedişatın səbəbləri barədə hesabat verib, müxtəlif nüanslar üzərində dayanıb.
BATE-nın keçmiş baş məşqçisi əsasən yüksək ödənişli futbolçulardan narazılığını ifadə edib, onların işinə məsuliyyətlə yanaşmadığını, komandaya can yandırmadığını, yalınız pul haqda düşündüklərini bildirib.
Baqa yayda minimum 7-8 oyunçunu düşərgədən göndərməyin vacib olduğunu söyləyib. O, mövsümün qalan hissəsində gənclərə şans vermək istədiyini qeyd eləyib.
SPORTİNFO.AZ

