"Sumqayıt"lı futbolçuları gözləyən TƏHLÜKƏ

23 Mart 2022 19:00 Sumqayıt 783
"Sumqayıt"lı futbolçuları gözləyən TƏHLÜKƏ

İndi "Sumqayıt"lı futbolçular sabiq baş məşqçiləri Ayxan Abbasovu şam ışığında axtarırlar desək, yalan olmaz.

Bunu klubdakı nəticələr pisdi deyə yox, milli komandanın açıqlanan heyətinə göz gəzdirdikcə düşünürəm.

Son illər az qala bütün əsas heyət üzvləri əsas milliyə çağrılan "kimyaçılar"dan indi cəmi bir nəfər var - Höccət Haqverdiyev.

Bir məşqçinin futbolçunun inkişafında necə rol ala biləcəyini Ayxan Abbasovlu "Sumqayıt"da görmək mümkün idi. Hə, görməyənlər, görmək istəməyənlər də vardı. Amma indi istədin-istəmədin reallıq öz həqiqəti ilə ortalıqdadır.

Tutaq ki, Əli Qurbani müəyyən zədələr aldı, bir başqası bir qədər aşağı performans göstərdi. Bəs digərləri? İstisnalar qaydanı pozmur. Hamı eyni durumla, eyni aqibətlə üz-üzədirsə, deməli, elə onların həqiqi gücləri, potensialları bu idi.

Sadəcə Abasov gah şirin dili, gah xoş gülüşü, gah motivasiyası, gah da taktikası ilə onları döyüşməyə, vuruşmağa məcbur edirdi. Bir sözlə, özlərini futbolçu kimi hiss etməyə, futbolçu kimi görünməyə bir cığır açmışdı. İndi nə o motivsiya var, nə o zəka, nə də o cığır.

Yeni yol isə hətta yayda klubsuz, futbolsuz qalmağa belə apar bilər. Milli komandadan kənarda qoyduğu kimi...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti