Aleksey Baqa "Sumqayıt"lı azarkeşlərə elə etiraflar etdi ki…

21 Mart 2022 22:00 Sumqayıt 1 067
Aleksey Baqa "Sumqayıt"lı azarkeşlərə elə etiraflar etdi ki…

«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqa azarkeşlərlə görüşüb.

«Gənclik şəhəri»ndə baş tutan görüşdə komandanın hazırkı vəziyyəti geniş müzakirə olunub.

Fanaiların uğursuz çıxışın səbəbləri barədə suallarını cavablandıran belaruslu mütəxəssis əksər futbolçuların onun etimadını doğrultmadığını bildirib.

O, qeyd edib ki, bura gələndə komanda haqda tamamilə fərqli düşüncədə olub, lakin işə başlayandan bir müddət sonra bəza məqamlarda yanılmasının fərqinə varıb.

Baqa böyük ümidlər bəslədiyi aparıcı oyunçuların meydanda can yandırmadığını, başqa klublara getmək niyyəti ilə yaşadığını və burada vaxt keçirdiyini söyləyib.

Çalışdırıcı kollektivdə islahatlara başlamağa hazırlaşdığını da sözlərinə əlavə eləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti