"Sumqayıt" ancaq bu halda özünə inamı qaytara bilər" - millimizin məşqçisi

19 Mart 2022 23:40 Sumqayıt 842
"Sumqayıt" ancaq bu halda özünə inamı qaytara bilər" - millimizin məşqçisi

Azərbaycan U-20 millisinin məşqçisi Emin İmaməliyev Sportinfo.az-a açıqlama verib.

Gənc mütəxəssis qış fasiləsindən sonra uğursuzluq zolağından heç cür çıxa bilməyən "Sumqayıt"ın çıxışını dəyərləndirib:

"Sumqayıt"ın qış fasiləsindən sonrakı çıxışı elə də ürəkaçan deyil. Komanda "qara zolağ"a düşüb. Qazanılacaq bir qələbə, bəlkə, komandada özünə inamı qaytara bilər".

İmaməliyev təkcə nəticələrin deyil, komandanın göstərdiyi oyunun da ümid vermədiyi qənaətindədir:

"Oyun olaraq da komanda ürəkaçan deyil. Qələbə qazanmadıqca futbolçular da özlərinə inamı sanki itirir. Məncə, bir qələbə ab-havanı çox dəyişə bilər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti