Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Sportinfo.az xəbər verir ki, açılış oyununda "Keşlə" "Sumqayıt"ı qəbul edib.
"ASK Arena"dakı görüşdə qalib müəyyənləşməyib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar.
45-ci dəqiqədə Amil Yunanov fərqlənib. Matçda ikinci qolu da paytaxt təmsilçisi vurub. Franko Flores 57-ci dəqiqədə avtoqol müəllifi olub.
Beləliklə, "gənclik şəhəri" təmsilçisi Aleksey Baqanın rəhbərliyi altında yenə qələbəyə həsrət qalıb.
Bu nəticədən sonra xallarını 19-a çatdıran "Keşlə" 6-cı pillədəki mövqeyini qoruyub. 14 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.

