"Sumqayıt"da 15 yaşında yeni istedad üzə çıxdı - FOTO

16 Mart 2022 17:20 Sumqayıt 1 058
"Sumqayıt"da 15 yaşında yeni istedad üzə çıxdı - FOTO

"Sumqayıt-2” üçün Azərbaycan 1-ci divizonunun 18-cu turunda “Neftçi-2” oyun (2:3) əlamətdar olub.

Sportinfo.az klubun saytna istinadən xəbər verir ki, bu qarşılaşmada start heyətində meydana çıxan akademiyanın yetirməsi, 2006-cı il təvəllüdlü Nihad Əhmədzadə 2021/2022 mövsümündə I Divizionda ən gənc futbolçu kimi tarixə düşüb.

İlk dəfə 22.02.2022-ci il tarixində “Qarabağ-2” ilə qarşılaşmada debüt edən (15 yaş, 214 gün) Əhmədzadə “Neftçi-2” ilə görüşə start heyətində başlayıb və 66 dəqiqə meydanda olub.

Cari mövsümdə “Sumqayıt” FK-nın əvəzedici komandasının heyətində yer alan futbolçulardan 15-i məhz akademiyanın yetirməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti