“Sumqayıt” Andrey Popoviçin komandaya dönüşü ilə bağlı Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib.
Mmətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında adıçəkilən qapıçının klubun maraq dairəsində olduğunu bildirib:
“Danışıqlar yekunlaşdıqdan və müqavilə imzalanandan sonra rəsmi açıqlama verəcəyik”.
Azərbaycan millisinin keçmiş qapıçısı son olaraq Ukraynada II liqa təmsilçisi LNZ-də çıxış edib.
Karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinmiş ”əlcək sahibi” sumqayıtlılarla 1,5 illik müqavilə bağlamağa razılaşıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) şərəfini qorumuş 30 yaşlı qolkiper artıq Bakıdadır.

