Nə içəcək, nə də rejimi pozacaq – Premyer Liqa klubu ilə anlaşma şərti

15 Mart 2022 10:40 Sumqayıt 1 469
Nə içəcək, nə də rejimi pozacaq – Premyer Liqa klubu ilə anlaşma şərti

Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviçin ”Sumqayıt”a qayıtmasını dünən xəbər vermişdik.

30 yaşlı qolkiper son olaraq Ukraynada II liqa təmsilçisi LNZ-də çıxış edib.

Karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinmiş ”əlcək sahibi” sumqayıtlılarla 1,5 illik müqavilə bağlamağa razılaşıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) şərəfini qorumuş Popoviç xüsusi şərtlərlə geri qaytarılıb.

Belə ki, o, idmançı rejimini pozmayacağını vəd edib. Öncəki illərdə spirtli içkilərə aludəçiliyi ilə tanınmış kiper artıq zərərli vərdişindən əl çəkdiyini bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti