Deyir ki, mən o deyiləm, səhv eləmisiz – ÇOX ŞİŞİRTDİK

14 Mart 2022 09:40 Sumqayıt 1 412
Deyir ki, mən o deyiləm, səhv eləmisiz – ÇOX ŞİŞİRTDİK

Aleksey Baqa 3 aya yaxındır «Sumqayıt»ın sükanı arxasındadır.

Bu müddətdə xeyli sayda rəsmi və qeyri-rəsmi oyuna çıxıblar.

Belaruslunun gördüyü ən yaxşı halda heç-heçə olub. Qalan səhifələr məğlubiyyətlərlə doludur. Qələbə nədir, hələ bilmirlər. Sorağını alırlar, iyini almırlar.

Deyirlər ki, qapıçı komandanın yarısıdır. Bu fikirlə razılaşanlar çoxdur. Biri elə mən. Amma bir istisna ilə.

Əmin edirəm ki, «komandanın yarısı» söhbətinin Aydın Bayramova heç bir aidiyyatı, dəxli yoxdur.

Canni De Byazinin milliyə çağırdığı bu cavan oğlan özündə deyil sanki. Son vaxtlar çox geriləyib, ideal formasını itirib.

Dünən «Sumqayıt»ın qəhrəmanı olmaq istəyirdi, antiqəhrəmanı oldu. O nə səhv idi, etdi.

Məsləhət görərdim ki, penalti epizodunun videosunu telefonuna yükləyib, gündə azı 10 dəfə izləsin. Səhər də, günorta da, axşam da.

Baxsa, şübhə etmirəm ki, özünə bu sualı verəcək – mən, doğrudanmı, böyük qapıçı olmaq, daha iddialı klubların formasını geyinə bilərəm?

Topa çıxışda və mövqe seçimində yanılan qapıçı komandanın yarısı olmağı haqq etmir. Kornerə tərəfə istiqamətlənmiş «yuvarlaq meşin»in arxasınca qaçan Ramon Maçadonu lüzum olmadığı halda yerə sərən qapıçı əlcəklərini soyunsun, özünə başqa sənət tapsın.

Dükan-bazarda o qədər iş var, birinin «qulp»undan yapışsın.

Aydın Bayramovun potensialını çox şişirtmişik, onu gözlərdə böyütmüşük və indi bu uşaq xətası ilə deyir ki, mən o deyiləm, səhv eləmisiz,

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti