Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç yenidən ölkəmizə qayıdır.
30 yaşlı qolkiper artıq sabah Bakıda olacaq.
Son olaraq Ukraynada II liqa təmsilçisi LNZ-də çıxış etmiş kiper ”Sumqayıt”la müqavilə şərtlərini razılaşdırıb. O, köhnə-yeni klubu ilə gələn mövsümün sonunadək anlaşma əldə edib.
Popoviç karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinib.
İçki aludəçisi olduğu üçün əyalət klubundan uzaqlaşdırılmış kiper Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) formasını geyinib. Həmin iki qarşılaşma müvafiq olaraq 2011 və 2012-ci ilə təsadüf edir.
SPORTİNFO.AZ

