“Mən bura hər oyundan sonra rəqib məşqçiləri təbrik etməyə gəlməmişəm”

12 Mart 2022 22:20 Sumqayıt 1 014
“Mən bura hər oyundan sonra rəqib məşqçiləri təbrik etməyə gəlməmişəm”

“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa uğursuqlu zolağından çıxmağın yollarını arayır.

Keçən ilin dekabrında sükan arxasına keçən belaruslu çalışdırıcı futbolçularla toplantı keçirərək, bu barədə geniş söhbət aparıb.

O, ötən müddət ərzində qələbə qazana bilmədiklərini xatırladaraq, komanda üzvlərindən toparlanmağı tələb edib:

“Mən bura hər oyundan sonra rəqib məşqçiləri təbrik etməyə gəlməmişəm. Neçə ildir məşqçiyəm, hələ belə vəziyyətə düşməyim yadıma gəlmir.

Bura gələndə tamamilə başqa fikirdə idim. Indi görürəm ki, yanılmışam. Bir çoxunuz “Sumqayıt” haqda düşünmür.

Mən ad da çəkə bilərəm, hansılar ki, indidən növbəti mövsümün gəlişini, başqa komandaların formasını geyinməyi arzulayır.

Sözüm onlaradır – kim istəyirsə, elə bu gün də buranı tərk edə bilər”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti