Araz Abdullayev 20 aydan sonra təəccübləndirdi - FOTO

9 Mart 2022 20:40 Sumqayıt 1 341
Araz Abdullayev 20 aydan sonra təəccübləndirdi - FOTO

“Sumqayıt”da qol və ötürmə mənasında fərqlənə bilməyən Araz Abdullayev “instagram”da sükutu pozub.

“7 nömrə” xeyli vaxt idi paylaşım etmirdi. Xeyli vaxt dediyimiz 20 aydır. Yəni 1 il 8 ay.

Sonuncu dəfə 2020-ci ilin iyulunda karyerasıboyu vurduğu qolların icmalını paylaşan solaxay futbolçu o vaxtdan aktivliyi dayandırmışdı. Nəhayət, dünən paylaşım edib.

Tanınmış futbolçunun oğlu üçün 14 milyon ödəyəcək

Qarşısında meyvə şirəsi, özü də təəccüblü və məyus baxışların arxasında.

Fotonun hansı məna daşıdığını özündən yaxşı bilən olmaz. Paylaşım izləyicilərinin marağına səbəb olub.

Biri “Fənərbağça”ya gəl” yazıb, o biri “Səni ”Neftçi”yə qarşı təsəvvür edə bilmirəm”, bir başqası “Yoxsan çoxdandır instagramda”...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə