Azərbaycanda özünü göstərə bilməyən hücumçu İranda "at oynadır" - VİDEO

9 Mart 2022 10:40 Sumqayıt 2 400
Azərbaycanda özünü göstərə bilməyən hücumçu İranda "at oynadır" - VİDEO

"Sumqayıt"ın qış fasiləsində yollarını ayırdığı Səid Rza İran çempionatında qollarını sıralamağa davam edir.

Yüksək liqasında çıxış edən "Zobahan"ın şərəfini qoruyan cənubi azərbaycanlı forvard artıq burada 6 oyunda mieydana çıxıb və… 4 qol vurub!

Yeni klubu ilə ilyarımlıq müqavilə bağlamış hücumçu sonuncu qolunu 21-ci turda "Fulad"a vurub və 2:1 hesablı qələbədə mühüm pay sahibi olub.

“Kimyaçılar“ mövsümün əvvəlində - sentyabrda 1 illik müqavilə imzaladığı hücumçu ilə təzminat qarşılığında vidalaşıb.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş hücumçu son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.

Premyer Liqada isə cəmi 1 dəfə fərqlənən forvard ümidləri doğrultmadı. 11 matçda forma geyindi, cəmi 1 qol vurdu.

Sportinfo.az Səid Rzanın İranda həftənin ən yaxşıları arasında yer alan son qolunu təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti