Millinin qapıçısı Aydın Bayramov mövsümün sonunda «Sumqayıt»dan ayrılacaq.
İki il öncə «Sabah»ı «gənclik şəhəri» təmsilçisinə dəyişən kiper klubun yeni müqavilə təklifini qəbul etməyib.
Buna səbəb istədiyi əməkhaqqının ödənilməsəsidir. Canni De Byazi tərəfindən ilk dəfə yığmaya dəvət alan «əlcək sahibi»nin «Neftçi»yə keçməsi gözlənilir.
Bakılılar onu bu ilin əvvəlində də sıralarına qatmaq istəyirdi. Sadəcə, «kimyaçılar»la kompensasiya şərtlərində razılığa gələ bilməmişdilər.
SPORTİNFO.AZ

