Bir həqiqətin işığında – Onları xalçanın altına süpürmək üçün…

6 Mart 2022 17:00 Sumqayıt 1 325
Bir həqiqətin işığında – Onları xalçanın altına süpürmək üçün…

Aleksey Baqa yavaş-yavaş Ayxan Abbasova deyənə gəlir.

Sələfi nə demişdi?

Demişdi ki, «Sumqayıt»ı bəzi futbolçulardan «təmizləmək» lazımdır.

Dekabrında sonunda görəvə gələn belaruslu daha əvvəlkitək optimist danışmır. Verdiyi vədlər, proqnozlar tutmadı.

Heyətdə çox az dəyişiklik etməklə, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlarından söz edirdi onda, indi isə Ayxan Abbasovun dediklərini deyir.

Deyir ki, məğlubiyyətlərin sıralanmasının taktiki sistemlə əlaqəsi yoxdur, dəyişikliyin bunda rolu sıfıra bərabərdir.

Deyir ki, epizodların boşa verilməsində kompleks səbəblər var.

Deyir ki, futbolda qara zolaq olur və bu, həm normal, həm də anormal vəziyyətdir.

Bununla kifayətlənmir, onu da deyir ki, vaxtından xeyli qabaq ağ bayraq qaldıran, indidən beynində gələn mövsümün planlarını cızan futbolçular burada qalmayacaq.

Böhran futbolçulardan qaynaqlanır. Ayxan Abbasov bunu hələ getməmişdən bir qədər əvvəl anons etmişdi, xəbərdarlığı qulaqardına vuruldu.

Aleksey Baqa iki ay sonra həmin qəanətə gəlib və yəqin ki, onun sözü yerə düşməyəcək.

Hər halda «Sumqayıt»a 1 günlük xəlifə olmaq üçün gətirilməyib və uğursuzluğun səbəbkarlarını xalçanın altına süpürmək üçün əlindən gələni beş qnba çəkəcək. İmtiyazları çox kimi görünür hələ də.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti