Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Mükafatlar uğrunda mübarizə aparan “Zirə” “Sumqayıt”ı qəbul edəcək.
Bu il keçirdiyi bütün matçlarda qələbə qazanan Rəşad Sadıqovun komandası ən azı 1 günlük ikinci sıraya yüksəlmək üçün meydana çıxacaq.
Aleksey Baqa isə qələbə həsrətinə son qoymaq arzusundadır. Belaruslunun drujinası buna müvəffəq olarsa…
“Kimyaçılar”a yetərincə mükafat vəd edilib. Adambaşına düşən “ənam”ın məbləği 1500-2000 manat civarındadır.
SPORTİNFO.AZ

