"Hər kəsdən çox biz əziyyət çəkirik, “qara zolağ”a düşmüşük"

4 Mart 2022 10:40 Sumqayıt 2 870
"Hər kəsdən çox biz əziyyət çəkirik, “qara zolağ”a düşmüşük"

“Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın qapıçısı Aydın Bayramov deyib.

Komandanın son həftələrdə məğlubiyyətləri sıralaması haqda danışan kiper hər şeyə rəmən, ruhdan düşmədiklərini bildirib:

“Sözün həqiqi mənasında, hər kəsdən çox biz əziyyət çəkirik. Komanda olaraq “qara zolağ”a düşmüşük.

Amma buna baxmayaraq, ümidimizi itirmirik. Bütün komanda olaraq yeni baş məşqçimizlə bu vəziyyətdən çıxmaq üçün çalışırıq.

Məşqlərimizi ara vermədən var qüvvəmizlə davam edirik. Bizi “Zirə” iə çox çətin oyun gözləyir. Onların yaxşı heyəti var.

Amma biz bu durumdan çıxmaq üçün var gücümüzlə çalışırıq. İnşallah, uğurlu nəticə əldə edərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti