İranın iki klubu Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdiyə təklif göndərib.
Bunlar “Qol Qohar” və “Sanat Naft”dır.
Persian Liqanın təmsilçiləri artıq onunla danışıqlara başlayıb. “Sumqayıt”la müqaviləsi yayda başa çatacaq cənubi azərbaycanlı oyunçuya təklif olunan şərtlər kifayət qədər yüksəkdir.
Mərkəz oyunçusu 2 il öncə ayrıldığı ölkəyə qayıdarsa, 12 min dollar məvacib alacaq.
O, tələsik qərar verməyəcəyini qarşı tərəfin nəzərinə çatdırıb. Öncə “Sumqayıt” rəhbərliyinin gələcək əməkdaşlıqla bağlı nə düşündüyünü öyrənəcək, sonra seçim edəcək.
Canni De Byazi tərəfindən ölkəmizin yığmasına cəlb olunan Höccət karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.
SPORTİNFO.AZ

