"Sumqayıt" hələ də zədəli futbolçusu Elvin Bədəlovun yolunu gözləməkdədir.
"Kimyaçılar"ın əsas simalarından sayılan 26 yaşlı futbolçu nə az, nə çox 5 aydı komandadan uzaq düşüb.
Apreldə yaşıl meydanlara qayıtması gözlənilən Bədəlov son durumu ilə bağlı Sportinfo.az-a danışıb:
"Sentyabrda ciddi zədə aldım. Qısa müddət sonra Almaniyada əməliyyat olundum. Uzun müddət komandamdan uzaq qalmaq məcburiyyətində qaldım.
Hazırda bərpa prosesi keçirəm. Hər şey qaydasındadır. Hələki fərdi məşqlər edirəm. Həkimlər icazə verəcəyi təqdirdə yaxın günlərdə komanda ilə məşqlərə başlayacam".
Azərbaycan millisinin də üzvü olan futbolçu Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə matçının 20-ci dəqiqəsində ciddi zədə alaraq əvəzlənmişdi.
XANOĞLAN

