Aleksey Baqa kapitandan üz döndərib? - AÇIQLAMA

21 Fevral 2022 22:20 Sumqayıt 957
Aleksey Baqa kapitandan üz döndərib? - AÇIQLAMA

"Sumqayıt" qış failəsindən sonra yeni baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında artıq 3 matç keçirib.

Kubokun 1/4 final mərhələsində "Qəbələ"yə boyun əyən komanda (0-1, 1-1) mübarizəni dayandırmalı oldu.

Premyer Liqada isə "Səbail"lə səfər matçı bərabərliklə (1-1) başa çatdı.

Hər üç matçda da komandanın kapitanı Vurğun Hüseynov gözə dəymədi. Təcrübəli arxa xətt oyunçusu Antalyadakı hazırlıqda və yoxlama görüşlərində iştirak edə bilmişdi.

Maraqlıdır, bəs rəsmi matçlarda Hüseynov niyə oynamır? Olmaya yeni baş məşqçi ilə arada hansısa narazılıq var?

33 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında ikinci versiyanı yaxın buraxmadı və yoxluğunu belə əsaslandırdı: "Əzələmdə zədəm var. Şükür, başqa hər şey qaydasındadır. Çox ciddi zədə deyil. "Qəbələ" ilə kubokdakı cavab görüşündən sonra məşqlərə başlamışam. Tam hazır olmasam da, baş məşqçi şans versə, inşallah, növbəti turda oynaya bilərəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti