Avrrokubokların qapısı «Sumqayıt»ın üzünə Qəbələdə bağlandı.
1:1-lə qapının arxasında qaldılar.
Premyer Liqaya dikilmiş gözlərə isə çoxdan bədbinlik çöküb. Aleksey Baqanın edəcəyi bir şey qalmayıb bu mövsüm.
Belaruslu gələcək «Sumqayıt»ın fundamentini indidən atmalıdır. Əks halda, Ayxan Abbasovun kölgəsi hər addımda onu qarabaqara izləyəcək.
Baş məşqçi dəyişikliyindən hələ 2 ay ötməyib, Abbasovun yoxluğunun təsiri komandanın üzərinə çöküb. Baqa xələfinin ayaqqabısını geyinməsə, onu buralarda hələ çox axtaracaq, çox soraqlayacaqlar.
Odey, sumqayıtlı azarkeşlər bəribaşdan halay çəkir, Abbasovla yolların ayrılmasını «ən böyük səhv» adlandırır.
Bəllidir, o, bu hörməti, bu sevgini havadan qazanmayıb. Əməksevərliyi, məsuliyyəti, canını işə verməsi ilə əldə edib o məhəbbəti. Adamı unutmaq unutdurmaq istəyənlərə baha başa gəlməsə yaxşıdır.
Abbasov göndərilib, Baqa gətirilmişdisə, islahatilar sonraya saxlanılmamalıydı. Futbolçuların bir qrupunun göndərilməsi gərəkirdi.
Çox pul alıb, bir qəpiklik futbol oynamayanlar yola salınmalı idi. Başda Rəhim Sadıxovla Əli Qurbani, ardınca da o birilər.
Qardaş, oynamırlar da, zorla deyil ki… Məhəbbət birtərəfli olanda axırı faciədir,
Baqa son 3 ildə «beşli» müdafiəyə alışmış komandanı «dördlü» düzülüşə keçirib. Antalyada 4-1-4-1 sxemini yoxlayır, bura gəlir, 4-2-3-1-i test edir.
Hansı taktiki gedişi yoxlayır yoxlasın, icraçıların ürəyi burada deyilsə, nəticələr gah nala vuracaq, gah mıxa.
BİZ

