“Bir qol vursaydıq...”

13 Fevral 2022 17:30 Sumqayıt 1 288
“Bir qol vursaydıq...”

“İlk növbədə birinci matçda əldə etdiyimiz qol imkanlarını qaçırdığımızı qeyd etməliyəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə cavab oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

Sumqayıtda rəqibinə uduzan (0:1) “gənclik şəhəri” təmsilçisi Qəbələdə 1:1 hesablı heç-heçə edərək mübarizəni dayandırıb.

Belaruslu mütəxəssis komandasının çıxışını bu sözlərlə dəyərləndirib: “Səfər görüşünə hesabda geri gəlmişdik. Bir qol vursaydıq, bu gun rahat çıxardıq.

Birinci hissədə qol buraxmağımız da psixoloji təsir etdi. İkinci hissədə itiriləsi heç nəyimiz yox idi. Hücumlara böyük qüvvə ilə keçdik. Amma bir qol vura bildik”.

Baqa komandasının bərabərlik qolunun müəllifi olan Araz Abdullayevin getdikcə daha yaxşı çıxış edəcəyini söyləyib:

“Nəticələrdən asılı olmayaraq, hər birimizin məqsədi məşqlərdə tam hazırlıq keçməkdir. Araz Abdullayev təxminən bir ay şans qazanmadıqdan sonra pis oynamadı.

Onun necə məşq etməsi digərləri üçün nümunədir. Penaltidə də məsuliyyəti üzərinə götürüb qol vurdu. İnanıram o daha yaxşı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti