“Biz bunu etsək…" - Baqa revanş almağın yolunu tapdı

13 Fevral 2022 11:40 Sumqayıt 973
“Biz bunu etsək…" - Baqa revanş almağın yolunu tapdı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi başa çatacaq.

Yarımfinalın üçüncü iştirakçısı Qəbələdə bəlli olacaq. Eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkəcək.

Elmar Baxşıyevin komandası 1:0 hesablı səfər qələbəsindən sonra üstünlüyünü qorumağa, həmkarı Aleysey Baqa isə uğursuzluq zolağından çıxmağa çalışacaq.

Hər halda belaruslu çalışdırıcı revanş alacaqlarına və növbəti mərhələyə yüksələcəklərinə ümidlidir.

O, klubdaxili son iclasda bu barədə danışııb, get-gedə formaya düşdüklərini bildirib.

Baqa qeyd edib ki, yarımfinala vəsiqə qazanmaq üçün fərdi səhvlərdən qaçmaq və ələ düşən qol vəziyyətlərini dəyərləndirmək lazımdır: “Biz bunu etsək, “Qəbələ“ni böyükhesabla uda bilərik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti