"Sumqayıt"dan ayrılan hücumçu İranın məşhur klubu ilə müqavilə imzaladı - FOTO

12 Fevral 2022 13:40 Sumqayıt 2 118
"Sumqayıt"dan ayrılan hücumçu İranın məşhur klubu ilə müqavilə imzaladı - FOTO

"Sumqayıt"ın qış fasiləsində yollarını ayırdığı Səid Rza özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, hücumçu karyerasını əvvəlkitək İranda davam etdirəcək.

O, İran yüksək liqasında çıxış edən "Zobahan"a keçib. Cənubi azərbaycanlı forvard onlarla ilyarımlıq müqavilə bağlayıb.

“Kimyaçılar“ mövsümün əvvəlində - sentyabrda 1 illik müqavilə imzaladığı hücumçu ilə təzminat qarşılığında vidalaşıb.

Bunun üçün cənubi azərbaycanlı forvarda 2 aylıq maaşı ödənilib.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş hücumçu son olaraq “Aluminium”da (İran) oynayıb.

O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub. Lakin cənubi azərbaycanlı burada özünü göstərə bilmədi.

Premyer Liqada cəmi 1 dəfə fərqlənən forvard ümidləri doğrultmadı. 11 matçda forma geyindi, cəmi 1 dəfə qol vurdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti