"Sumqayıt"ın müdafiəçisi Höccət Haqqverdi karyerasını İranda davam etdirə bilərmiş.
Belə ki, qış fasiləsində doğulduğu ölkədən müdafiəçiyə yaxşı təklif gəlib. Milliləşdirilmiş futbolçuya təxminən illlik 200 min dollar vəd olunub.
Futbolçu və "Sumqayıt" rəhbərliyi də transferə isti baxırmış. Çünki komanda ilə müqaviləsi olan Höccət müəyyən məbləğ qarşılığında yola salınacaqdı.
Amma baş məşqçi Aleksey Baqa israrla onun qalmasını istəyib. Onsuz da əlinin altında geniş heyəti olmayan belaruslu mütəxəssis daha bir əsas futbolçunun gedişinə razı olmayıb. Məhz bundan sonra qarşı tərəflə danışıqlar dayandırılıb.
29 yaşlı müdafiəçinin 2023-cü ilin yanvarına kimi "kimyaçılar"la müqaviləsi var. O, ötən ilin yanvarından bu komandanın şərəfin qoruyur.
Höcətt Haqverdi 8 oyunda Azərbaycan millisinin də formasını geyinib.
SPORTİNFO.AZ

