İlahi, mən hara gəlmişəm?

9 Fevral 2022 14:00 Sumqayıt 1 224
İlahi, mən hara gəlmişəm?

Biz növbəti avrokuboklar mövsümünün iştirakçıları arasında «Sumqayıt»ı görməyəcəyik.

Sumqayıtdan keçən qatar Biləcəridən o yana getməyəcək.

Bunun belə olması Ayxan Abbasovun günahı deyildi. Nədir, odur. «Sumqayıt» Aleksey Baqanın gəlişindən sonra 3 yoxlama, 2 rəsmi oyun keçirib, birində də qələbə qazana bilməyib.

Bir komanda «Səbail»i də udmağı bacarmırsa, nə işi var Avropada? Optimal variant elə Sumqayıtda qalmaqdır.

Dəyişən komanda olmalıdır. Dostluq və yaxınlıq münasibətlərinə görə milliyə dəvət alan əksər futbolçuları artıq «Sumqayıt»ı bəyənmir, bu formanı özünə yaraşdırmır.

Ruhən başqa-başqa yerlərdədirlər.

Kimsə onların qulağına pıçıldayıb ki, filan-filan klublar yolunuzu gözləyir, daha çox pul qazanmalısız, özünüzü qoruyun.

Biri belə fikirləşsə, ikisi belə fikirləşsə, dərd yarıdır. «Sumqayıt»da çoxluq yolüstündədir. Nə oldu, keçənilki komanda, keçənilki futbolçulardır da.

Matçda fasilə elan olunarkən, hamı paltardəyişmə otağına tərəf tələsdi, bir Aleksey Baqa qaldı.

Bir neçə dəqiqə texniki zonada ayaq saxladı, qayığılı baxışlarla meydanı süzdü, daha sonra yavaş addımlarla yerindən tərpəndi.

Tövrü və sifət mimikası «mən hansı futbolçularla yola çıxmışam» deyirdi…

Hakimlər də «Sumqayıt»lıların ağlının «Sumqayıt»da olmamasının fərqinə varıb. Görürlər ki belədir, öz bildiklərini edirlər.

«Qəbələ» ilə kubok oyununda olmayan penalti ilə qalibi müəyyənləşdirdilər, bu dəfə də Əli Qurbaninin epizodunu göz görə-görə görməzdən gəldilər. Yıxılana balta vuran çox olar, bu da o qəbiləndir.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti