Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"in qonağı olub.
"ASCO Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Matçda hesabı meydan sahibləri açıblar.
Domantas Şimkus 17-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. 65-ci dəqiqədə isə "gənclik şəhəri" təmsilçisi tarazlığı bərpa edib. "Dənizçilər"in heyətində Camal Araqo avtoqol müəllifi olub.
Bu heç-heçədən sonra "Sumqayıt" 13 xalla 7-ci, "Səbail" isə 11 xalla sonuncudur.

