"Sumqayıt"ın qış fasiləsində böyük ümidlərlə heyətinə qatdığı Araz Abdullayevin zədəsi sağalıb.
Azərbaycan millisinin də üzvü olan təcrübəli oyunçu artıq bir neçə məşqdi komanda ilə bir yerdə hazırlaşır.
Onun sabah "Səbail"lə baş tutacaq Premyer Liqa matçında debüt edəcəyi gözlənilir. Yəqin ki, baş məşqçi Aleksey Baqa yeni sağalan futbolçusuna çox şans verməklə risk etməyəcək.
Abdullayev "kimyaçılar"ın Antalyadakı təlim-məşq toplanışına qatılsa da Polşanın "Yagelloniya" komandası ilə ilk yoxlama matçının 30-cu dəqiqəsində zədələnərək əvəzlənmişdi.
30 yaşlı yarımmüdafiəçi bu səbəbdən yeni komandasının ölkə kubokun 1/4 final mərhələsində "Qəbələ" ilə ilk matçını da (0-1) buraxmaq məcburiyyətində qalmışdı.
"Səbail" - "Sumqayıt" qarşlaşması isə sabah, saat 19:15-də start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

