İcra Hakimiyyəti pul tapa bilmir – Məşhur "futbol məbədi"ndə işlər durdu

7 Fevral 2022 17:20 Sumqayıt 1 244
İcra Hakimiyyəti pul tapa bilmir – Məşhur "futbol məbədi"ndə işlər durdu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri hələ də aparılmır.

İki il öncə sökülən arenada təmirə xeyli müddətdir ara verilmir.

Yerli İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilməsinə başlanmış işlərin yarımçıq qalması maliyyə çatışmazlığı ilə bağlıdır.

Dövlət tərəfindən ayrılan 5 milyon vəsait stadionun vaxtında istifadəyə verilməsinə yetərli olmayıb.

İcra Hakimiyyəti daxili imkanlar hesabına problemlərin bir qismini aradan qaldırsa da, göründüyü kimi, bu, kifayət etmyib. Odur ki, əlavə vəsaitin ayrılması ilə bağlı hökümət qurumlarına növbəti dəfə müraciət ünvanlanıb.

Yaranmış qeyri-müəyyənlik AFFA-nın da diqqətindədir. Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov stadionun təmirinin dayandırılmasına münasibət bildirib:

"Orada sifarişçi AFFA deyil. Ancaq "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevlə də müzakirələrimiz olub. Fikrimcə, bu barədə sifarişçi daha ətraflı məlumat verə bilər".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti