Azərbaycan klublarında çalışan ilk... O da "Sumqayıt"da

7 Fevral 2022 01:20 Sumqayıt 1 040
Azərbaycan klublarında çalışan ilk... O da "Sumqayıt"da

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa yeni vəzifəsində rəsmi debüt edib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi yeni çalışdırıcısı ilə ilk matçına Azərbaycan kubokunda çıxıb.

1/4 finalın “Qəbələ”(0:1) ilə görüşü Baqa üçün ilklə əlamətdar olub.

O, həm də Azərbaycan klublarında çalışan ilk belaruslu olub.

Onadək ölkəmizdə bütün yarışlar nəzərə alınmaqla, 71 legioner məşqçi çalışıb ki, onlardan 43-ü kubokda da iştirak edib. Baqa klublarda 72-ci əcnəbi, kubokda 44-cü legioner məşqçidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti