Növbəti mövsüm Premyer Liqada 10 klub çıxış edəcək.
AFFA bu barədə rəsmi açıqlama yayıb.
Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov ad çəkməsə də, bildirib ki, I Divizion iştirakçıları elitaya gələcək.
Ekspeertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, burada söhbət «Turan Tovuz» və «Kəpəz»dən gedir. Ona görə ki, federasiya aşağı liqa təmsilçilərindən ən çox adıçəkilən komandalara maddi-mənəvi dəstək göstərir.
Bu, həqiqətən belədir. Lakin redaksiyamıza daxil olan son məlumata görə, AFFA hələ Premyer Liqanın yeni tərkibini tam müəyyənləşdirməyib. İki variant müzakirə olunur.
Masaya yatırılan məsələlərdən biri növbəti və daha sonrakı sezonu əhatə edir. Variantlardan biri budur ki, hazırkı iştirakçılardan biri elə bu yay I Diviziona göndərilsin və oradan 3 komanda Premyer Liqaya gətirilsin.
«Qara siyahı»ya düşməyə ən real namizəd «Səbail»dir. Çünki onların turnir cədvəlində sonuncu pilləni tutması proqnozlaşdırılır.
İkinci variant isə bu planın 2023/24-cü il mövsümündən tətbiqidir.
SPORTİNFO.AZ

