"Sumqayıt" 85 yaşlı məşqçiyə diqqət göstərdi - FOTO

5 Fevral 2022 10:00 Sumqayıt 1 289
"Sumqayıt" 85 yaşlı məşqçiyə diqqət göstərdi - FOTO

Sumqayıt futbolunun önəmli simalarından olan, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılmış, "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovun 85 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, Bu səbəbdən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Qəbələ” oyunundan öncə “Kapital Bank Arena”da tədbir keçirilib.

Yubliyarı Sumqayıt Şəhər İcra Başçısının müavini Teymur Səmədov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Azərbaycan millisinin məşqçisi Arif Əsədov, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, klubun prezidenti Riad Rəfiyev və vitse-prezident Aydın Xəlilov təbrik edib.

Digər Xəbərlər
Xəbər Lenti