"Komanda gözlədiyimizdən daha artığını verdi" - FOTOLAR

5 Fevral 2022 02:40 Sumqayıt 614
"Komanda gözlədiyimizdən daha artığını verdi" - FOTOLAR

“Qəbələ” mövsümün ikinci yarısında ilk rəsmi matçını keçirib.

“Qırmızı-qaralar” Azərbaycan kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb.

Elmar Baxşıyevin yetirmələri səfərdə “Sumqayıt”la görüşüb. Qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Çoxsaylı qol imkanları yaradan “Qəbələ” hesabı ilk yarının ortalarında açıb.

İsnik Alimi 11 metrlik cərimə zərbəsindən fərqlənib. Bu, şimali makedoniyalı yarımmüdafiəçinin Azərbaycan kubokunda ilk qolu olub.

Qonaqlar fasiləyədək hesabı artırmaq imkanları da əldə edib. Lakin Rafael Utziq və Omar Hani əlverişli epizodlardan yararlana bilməyib.

İkinci hissədə meydan sahibləri həm oyunda, həm də hesabda tarazlıq yaratmağa çalışıblar. Lakin “Qəbələ”nin hücumları daha təhlükəli alınıb.

Rövlan Muradovla Rafael Utziq fərqlənmək imkanlarından yararlana bilməyib. “Sumqayıt”ın bərabərlik qolu vurmasına isə müdafiə xətti və qapıçının inamlı çıxışı imkan verməyib.

Qarşılaşmanın sonlarında sumqayıtlılar təzyiqi artırmağa müvəffəq olsalar da, komandamız üstünlüyünü qoruya bilib. Beləliklə, “qırmızı-qaralar” 2022-ci ilə kubokdakı səfər qələbəsi ilə başlayıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Uzun müddət idi rəsmi oyuna çıxmırdıq. Matçın çətin keçəcəyini öncədən də bilirdik. Düşündüyümüz o idi ki, komandamız daim topa nəzarət etsin. Dinamik qarşılaşma alındı. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Ümumi götürəndə, cütün taleyi bitməyib. Qarşıdakı görüş daha ağır olacaq. Bu oyunda komanda gözlədiyimizdən daha artığını verdi. Qarşıdakı matçlarda daha məzmunlu oyun göstərəcək. Ümumi yorğunluğun olması normaldır. Rəqib də təzyiq göstərirdi. Hesabda öndə idik. Bu da müdafiədə oynamağa məcbur edirdi. Düşünürəm ki, yeni futbolçumuz Patrik də optimal forma yığandan sonra hücumda daha keyfiyyətli olacağıq”.

“Sumqayıt” – “Qəbələ” 0:1

Qol: İsnik Alimi, 26 (pen.)

“Kapital Bank Arena”, 600 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Nahid Əliyev

Dördüncü hakim: Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqə: Vüqar Mustafayev, 8 (qeyri-idman hərəkəti), Murad Xaçayev, 50 (qeyri-idman hərəkəti), Elşən Abdullayev, 65 (qeyri-idman hərəkəti),Yusif Nəbiyev, 85 (hakimin qərarına etiraz) // İsnik Alimi, 77 (qeyri-idman hərəkəti), Stefan Vukçeviç, 86 (qeyri-idman hərəkəti), Ehtiram Şahverdiyev, 90+1 ( oyunun bərpasının ləngidilməsi)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksey Baqa, 85 (texniki zona qaydalarını pozduğuna görə)

Artırılan vaxt: I hissədə - dəq; II hissədə 4 dəq.

“Sumqayıt”

13. Aydın Bayramov

17. Murad Xaçayev

(8. Səbuhi Abdullazadə, 59)

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

2. Dmitro Nağıyev

4. Höccət Haqverdi

24. Elşən Abdullayev

(74. Yusif Nəbiyev, 75)

5. Camaləddin Xocaniyazov

19. Xəzər Mahmudov

(9. Əli Qurbani, 63)

11. Rüfət Abdullazadə

Ehtiyat oyunçular:

1. Tərlan Əhmədli

25. İlnur Valiev

30. Nəbi Məmmədov

60. Elvin Məmmədov

33. Eltun Turabov

15. Vüqar Bəybalayev

37. Nicat Əliyev

21. Sənan Ağayev

Baş məşqçi: Aleksey Baqa

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

11. Asif Məmmədov (k)

(77. Emil Səfərov, 88)

7. Ehtiram Şahverdiyev

27. Məqsəd İsayev

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(24. Patrik Robson, 88)

9. Fernan Lopes

(14. Ülvi İsgəndərov, 70)

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

28. Murad Musayev

6. Kamal Mirzəyev

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"