AFFA İntizam Komitəsi "Sumqayıt"ı 800 manat məbləğində cərimələyib.
Sportinfo.az xəbər verir ki, buna "gənclik şəhəri" təmsilçisinin 4 futbolçusunun "Qəbələ"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sarı vərəqə alması səbəb olub.
Qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə bitib.

