“Sumqayıt”ın problem yaşayan yeni transferindən NƏ XƏBƏR VAR?

3 Fevral 2022 21:00 Sumqayıt 1 079
“Sumqayıt”ın problem yaşayan yeni transferindən NƏ XƏBƏR VAR?

“Sumqayıt”ın qış fasiləsində etdiyi diqqətçəkən transferi Araz Abdullayev “Qəbələ” ilə kubok qarşılaşmasını kənardan izlədi.

Antalyada “Yagelloniya” ilə sınaq matçında (0:0) yeni komandasında debüt edən millimizin üzvü elə həmin oyunda ciddi zədəyə məruz qalmışdı.

Həkim müayinəsindən sonra yarımmüdafiəçinin azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilmişdi.

Deyilən müddətin başa çatmasına sayılı günlər qalsa da, Araz hələ də kollektiv çalışmalarda iştirak etmir. Bu isə 29 yaşlı futbolçunun zədəsinin gözləniləndən də ciddi olması ehtimalından xəbər verir.

“Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında Abdullayevin son durumuna aydınlıq gətirib:

“Araz Abdullayev növbəti həftədən kollektiv çalışmalara başlayacaq. “Səbail”lə çempionat qarşılaşmasında oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək”.

Vaxtilə “Everton”a transfer olunmuş yarımmüdafiəçi yanvarda “Sumqayıt”la “6 ay+2 il” şərti ilə müqavilə bağlayıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti