"Onun üzərinə çox getmirəm" - Aleksey Baqa

2 Fevral 2022 21:55 Sumqayıt 1 068
"Onun üzərinə çox getmirəm" - Aleksey Baqa

"Meydanda baş verənlərin çoxu bizim səhvlərimizdən oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqa evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis sadə vəziyyətlərdə yanlışlığa yol verdiklərini bildirib: "Bu da təhlükəli vəziyyətlərə gətirib çıxarırdı. Rəqib təzyiqlərindən yox, məcburi səhvlərdən belə alındı".

41 yaşlı baş məşqçi ötürmələrdən əlavə, hücumda qeyri-məhsuldar və "dişsiz" oynadıqlarını vurğulayıb: "Əli Qurbani sonradan oyuna qoşuldu. Onun üzərinə çox getmirəm. Çünki bu səhvlər təkcə ondan asılı deyildi. Ötürmələr dəqiq olmurdu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti