Transfer çalışmalarına ara verməyən «Sumqayıt» daha bir gənci sıralarına qatıb.
«Zirə»dən ayrılan Ayxan Süleymanlı «kimyaçılar»ın düşərgəsində yer alıb.
18 yaşı hələ tamam olmayan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanması nəzərdə tutulub.
2020-ci ildə «Qarabağ»dan «Zirə»yə keçən Ayxanın bir müddət U-17 yığmasına da dəvət almasını xatırladaq.
SPORTİNFO.AZ

