Xarici klubdan qalmaqalla ayrıldı, “Sumqayıt“a gəldi

30 Yanvar 2022 11:00 Sumqayıt 2 317
Xarici klubdan qalmaqalla ayrıldı, “Sumqayıt“a gəldi

Legioner həyatı istədiyi kimi alınmayan daha bir azərbaycanlı futbolçu vətənə qayıdıb.

Moldovanın Yüksək Liqa təmsilçisi “Dinamo-Avto”dan qalmaqalla ayrılan Orxan Qurbanlı hazırda “Sumqayıt“ın düşərgəsindədir.

“Kimyaçılar“, böyük ehtimalla, 27 yaşlı yarımmüdafiəçi ilə 4 aylıq müqavilə imzalayacaq.

“Neftçi”nin yetirməsi ötən ilin fevralından formasını geyindiyi “Dinamo-Avto”da 27 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

Bu klub onun 6 aylıq maaş borcunu ödəmədiyindən, həm Moldova Futbol Federasiyasına, həm də FİFA-ya şikayət məktubu ünvanlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə