"Sumqayıt"ın və Azərbaycan milli komandasının zədəli hücumçusu Əli Qurbanidən xoş xəbər var.
Belə ki, Antalya toplanışında ciddi zədə alan futbolçunun vəziyyəti gözləniləndən daha tez yaxşılığa doğru dəyişir.
Artıq bir neçə gündü forvard fərdi məşqlərə başlayıb. Onun ən qısa müddətdə kollektiv çalışmalara qoşulacağı gözlənilir.
"Kimyaçılar"ın əsas hücumçusu olan Əli Qurbani Türkiyə toplanışından zədəli dönüb. Məşqdə xəsarət alan 32 yaşlı forvard bu üzdən qardaş ölkədə baş tutmuş son 2 yoxlama matçını da buraxmaq məcburiyyətində qalmışdı.
SPORTİNFO.AZ

