Azərbaycan yığmasının hücumçusu Əli Qurbaninin “Sanat Naft”a keçidi son anda baş tutmayıb.
“Sumqayıt”dan ayrılmaq istəyən forvard İran klubunun rəhbərliyi ilə görüşüb.
“Persion Pro Liqa”da mübarizə aparan “Sanat Naft” yığmamızın üzvü ilə həm şəxsi müqavilə şərtlərini razılaşdırıb, həm də “Sumqayıt”a 50 min dollar ödəməyə “okey” verib.
Gəl ki, tibbi müayinənin nəticələri cənubi azərbaycanlı oyunçunun bütün planlarını pozub. Qurbaninin dizində problem aşkarlanıb.
Həkimlər bu zədənin xroniki olması haqda rəy yazıb. Belədə “Sanat Naft” bu transferdən imtina etməli olub.
Əli hazırda müalicə prosesi keçir. “Sumqayıt”a Antalya toplanışında qoşulan hücumçu məşqdə növbəti dəfə sıradan çıxıb.
SPORTİNFO.AZ

