Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada keçən “Sumqayıt” transfer çalışmalarını davam etdirir.
“Gэnclik şəhəri” təmsilçisinin yeni baş məşqçisi Aleksey Baqa qardaş ölkədə təşkil olunan yoxlama görüşlərindən sonra öz fikrini qətiləşdirib.
Belaruslu çalışdırıcı rəhbərlikdən iki mövqeyə – müdafiə və hücuma yeni simaların alınmasını istəyib.
“Kimyaçılar“ Türkiyədə 3 sparrinqlə qüvvəsini sınayıb.
Premyer Liqanın bürünc mükafatçısı hazırlıq çərçivəsində “Yagelloniya” (Polşa) ilə qolsuz bərabərə qalıb, “Berliner”ə (Almaniya) 2:5 hesabı ilə məğlub olub. Şimali Makedoniyadan “Şkupi” ilə görüş də uğursuz bitib – 1:2.
Bununla, “Sumqayıt” Antalya toplanışını qələbəsiz yekunlaşdırıb. Aleksey Baqa isə ilk qalibiyyət sevincini yaşamaq üçün fevralda bərpa olunacaq ölkə kuboku və ya Premyer Liqanı gözləməli olacaq.
BATE-nin sabiq sükançısı təcili transferlərə böyük ehtiyac duyur. Əli Qurbani ilə Araz Abdullayevin zədələnməsi onu bir qədər də qayğılandırıb.
Bəs rəhbərlik necə, yeni gətirdiyi çalışdırıcının bu tələblərini yerinə yetirməyə razıdırmı? Əlbəttə.
Sadəcə, əlavə maliyyə qaynağı axtarırlar ki, Baqanın sözü yerə düşməsin.
SPORTİNFO.AZ

