“Sumqayıt“ın baş məşqçisi Aleksey Baqa Antalyada baxışda olmuş daha bir futbolçu ilə bağlı qərar verib.
Cənubi azərbaycanlı müdafiəçi Reza Aliyari ilə maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmamışdısa, Emin Safixanov belaruslu çalışdırıcının etiamını qazana bilməyib.
22 yaşlı sol cinah müdafiəçisi elə “Sumqayıt“ın öz yetirməsidir. Futbolda ilk addımlarını illər əvvəl bu klubun akademiyasında atıb.
Daha sonra “Arsenal” (Kiyev), “Zarya”, “Metallist” və “Çayka”da çıxış edib. Onun son komandası “Girnik-Sport” olub.
Emin bu mövsüm Ukraynanın ikinci liqasında 15 matçda meydanda olub.
Müdafiəçi bu qarşılaşmalarda 1 assistlə yadda qalıb. 180 sm boya malik futbolçu Ukrayna kubokunda da 3 görüşdə meydanda olub.
SPORTİNFO.AZ

