"Sumqayıt"ın Antalyada gördüyü bunlardır - FOTOLAR

23 Yanvar 2022 14:20 Sumqayıt 1 000
"Sumqayıt"ın Antalyada gördüyü bunlardır - FOTOLAR

Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirən "Sumqayıt" son yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın komandası Şimali Makedoniya liqasının hazırkı lideri "Şkupi" ilə qarşılaşıb.

Qarşılaşmada hesabı birinci hissədə rəqib açıb. 62-ci dəqiqədə təmsilçimiz avtoqol sayəsində status-kvonu bərpa etsə də, çox keçmədən “Şkupi” qələbə qoluna imza atıb - 2:1.

Bununla “Sumqayıt” Antalya toplanışını qələbəsiz yekunlaşdırıb.

Premyer Liqanın bürünc mükafatçısı hazırlıq çərçivəsində buna qədər “Yagelloniya” (Polşa) ilə qolsuz bərabərə qalıb, “Berliner”ə (Almaniya) 2:5 hesabı ilə məğlub olub.

Aleksey Baqa isə ilk qalibiyyət sevincini yaşamaq üçün fevralda bərpa olunacaq ölkə kuboku və ya Premyer Liqanı gözləməli olacaq.

Beləliklə, "Sumqayıt" Türkiyə toplanışını başa vurub və bu gün vətənə geri dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti