“Sumqayıt” Antalyada növbəti məğlubiyyəti makedonlardan aldı - VİDEO

22 Yanvar 2022 18:50 Sumqayıt 872
“Sumqayıt” Antalyada növbəti məğlubiyyəti makedonlardan aldı - VİDEO

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada keçən “Sumqayıt” bugünkü yoxlama oyunu ilə toplanışı başa vurub.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi qardaş ölkədə son sınağına çıxıb.

Yeni baş məşqçi Aleksey Baqa yetirmələrini Şimali Makedoniyanın “Şkupi” klubu ilə görüşdə yoxlayıb.

Qarşılaşmada hesabı birinci hissədə rəqib açıb. 62-ci dəqiqədə təmsilçimiz avtoqol sayəsində status-kvonu bərpa etsə də, çox keçmədən “Şkupi” qələbə qoluna imza atıb - 2:1.

Bununla “Sumqayıt” Antalya toplanışını qələbəsiz yekunlaşdırıb. Premyer Liqanın bürünc mükafatçısı hazırlıq çərçivəsində buna qədər “Yagelloniya” (Polşa) ilə qolsuz bərabərə qalıb,

“Berliner”ə (Almaniya) 2:5 hesabı ilə məğlub olub. Aleksey Baqa isə ilk qalibiyyət sevincini yaşamaq üçün fevralda bərpa olunacaq ölkə kuboku və ya Premyer Liqanı gözləməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada